EN

Türkiyənin Konya vilayətində sərnişin avtobusu aşıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara, 23 mart, AZƏRTAC

Türkiyənin Konya vilayətində sərnişin avtobusunun aşması nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

AZƏRTAC xəbər verir ki, qəza günorta saatlarında Seydişehir rayonunda baş verib.

İlkin məlumata görə, Antalyadan Konya istiqamətində hərəkət edən avtobus yağış səbəbindən sürüşkən yolda idarəetməni itirib. Hadisə zamanı avtobusda 37 sərnişin olub.

Hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
5
azertag.az

7Sources