EN

Prezident ailəsini şantaj edən Fərid bu məşhurun nəvəsi imiş — FOTO

Prezident ailəsini şantaj edərək hədə qorxu yolu ilə pul tələb etdiyi üçün Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Fərid Salmanovla bağlı yeni məlumat üzə çıxıb.

Bizim.Media  xəbər verir ki, gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi xəbərə görə, Fərid Salmanov Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı sovet geoloqu, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun nəvəsidir.

Fəridin atası İlqar Salmanov isə uzun illər Azərbaycanın gömrük orqanlarında çalışıb.


Bizim.Media

Chosen
51
9
bizim.media

10Sources