EN

Azərbaycan XİN: Rusiya tərəfindən Mariya Zaxarovanın son açıqlaması ilə bağlı izahat gözləyirik VİDEO

Bakı, 23 mart, AZƏRTAC

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova son mətbuat brifinqi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı səsləndirdiyi fikirinə dair suala cavab verərkən, mövzu ilə heç bir əlaqəsi olmayan şəkildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını hallandırmağa cəhd etməsi qəbuledilməzdir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Mariya Zaxarovanın səsləndirdiyi qeyri-məqbul fikirlərə dair şərhində bildirib.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin adının bu şəkildə xatırlanması onun irsinə və Azərbaycan xalqına qarşı hörmətsizlikdir. Bu cür açıqlamalar rəsmi nümayəndədən gözlənilən standartlara uyğun gəlmir.

“Diplomatiya gərginliyi artıran və etibarlılığı zədələyən yersiz bəyanatlar deyil, intizam, dəqiqlik və məsuliyyət tələb edir.

Rusiya tərəfindən bu açıqlama ilə bağlı izahat gözləyirik”, - deyə Ayxan Hacızadə vurğulayıb.

Chosen
48
49
azertag.az

10Sources