EN

Zidandan şifahi razılıq 

Fransa millisinin, "Real" (İspaniya) və "Yuventus"un (İtaliya) sabiq futbolçusu Zinəddin Zidanın yeni iş yeri bəlli olub.

"Report" "Le Parisien"ə istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis Fransa millisinə rəhbərlik etmək üçün şifahi razılıq əldə edib.

Zidanın DÇ-2026-dan sonra baş məşqçi Didye Deşamı əvəzləyəcəyi gözlənilir.

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Diallo "Le Figaro" nəşrinə verdiyi müsahibədə yeni baş məşqçinin adının artıq məlum olduğunu və tezliklə rəsmi açıqlamanın veriləcəyini təsdiqləyib.

Qeyd edək ki, Zidan 2021-ci ildə "Real"dan ayrıldıqdan sonra işsiz idi və adı uzun müddət İngiltərənin "Mançester Yunayted" klubu ilə hallanırdı.

Chosen
6
4
ikisahil.az

5Sources