EN

Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Pis yuxu, maliyyə stressi və ya gündəmdəki narahatedici xəbərlər… Bu gün özümüzü tükənmiş hiss etməyimiz üçün kifayət qədər səbəb var. Lakin mütəxəssislərə görə enerjimizi düşündüyümüzdən daha çox tükədən gizli bir faktor da mövcuddur: beynimizdəki “bağlanmayan vərəqlər”.

Sherg.az xəbər verir ki, yorğunluğun səbəbini fiziki fəaliyyətlərdə və ya yuxusuzluqda axtarırsınızsa, əsl səbəb yarımçıq qalan işlər siyahısı ola bilər. Mütəxəssislər bu vəziyyəti “açıq döngülər” (open loops) adlandırır və bunun zehni qarışıqlıq yaradaraq ciddi enerji itkisinə səbəb olduğunu bildirirlər.

Kompüterdə eyni anda bir neçə səhifənin açıq olması kimi düşünün: hər vərəq fərqli mövzunu təmsil edir və nəticədə sistem yavaşlayır. Eyni hal beynimiz üçün də keçərlidir.

Cavablamadığınız e-poçt, təxirə saldığınız həkim qəbulu, qaytarmalı olduğunuz borc və ya ləğv etməyi unutduğunuz abunəlik - bunların hamısı “açıq vərəq” sayılır.

Bu vəziyyətin elmi izahı var. Psixoloq Bluma Zeigarnik tərəfindən irəli sürülən bu nəzəriyyəyə görə insan beyni tamamlanmamış işləri tamamlanmışlardan daha yaxşı xatırlayır.

Sağlamlıq sahəsində tanınan Liz Moody bunu belə izah edir: “Bir işi bitirdikdə, beynimizdə həmin döngünü bağlayırıq. Amma iş yarım qalanda zehni gərginlik yaranır və bu məsələ yaddaşda aktiv qalır.”

Onun sözlərinə görə, yarımçıq işlər çoxaldıqca bu gərginlik də artır, nəticədə “zehni tükənmişlik” yaranır.

Bu “açıq döngülər” təkcə enerji itirməyə səbəb olmur, həm də özümüzə münasibətimizi zədələyə bilər. Psixoloq Lee Chambers bildirir ki, bu vəziyyət utanc hissi yaradır.

Məsələn, özünüzü yaxşı dost hesab edirsiniz, amma yaxın birini zəng etməyi davamlı ertələyirsiniz. Zamanla özünüzü “pis dost” kimi görməyə başlayırsınız və bu hiss həmin zəngi etməkdən daha yorucu olur.

Zehni yüngülləşdirmək üçün nə etməli?

Fikirlərinizi yazıya tökün

Beyninizdə dolaşan bütün yarımçıq işləri kağıza yazın. Hər birinin yanına atacağınız ilk kiçik addımı qeyd edin.

Böyük işləri kiçik hissələrə bölün

“Mətbəxi yığışdır” kimi ümumi tapşırıqlar əvəzinə “ədviyyat qablarını düzəlt” kimi konkret və bitirilə bilən addımlar seçin.

“5 dəqiqə qaydası”nı tətbiq edin

Psixoloq Ryan Hoves tövsiyə edir: “Sadəcə 5 dəqiqə bu işi görəcəyəm” deyin. Başlamaq ən çətin hissədir.

Bildirişləri söndürün

Hər bildiriş diqqətinizi bölərək yeni “açıq döngü” yaradır. “Narahat etməyin” rejimi kömək edə bilər.

“Həyat idarəetmə günü” təyin edin

Həftədə bir günü yalnız belə xırda işlərə ayırın - bu, beyninizə hər şeyin planlı olduğunu hiss etdirir.

Bəzi işləri tamamilə silin

Bəzən ən yaxşı həll işi görmək yox, onu siyahıdan çıxarmaqdır. Lazımsız və köhnəlmiş tapşırıqları silmək rahatlıq yaradır.

Mütəxəssislər bildirir ki, bu cür problemlər bəzən daha ciddi səbəblərlə əlaqəli ola bilər. Xüsusilə "Attention Deficit Hyperactivity Disorder" (“Diqqət əksikliyi və hiperaktivlik pozuntusu”)olan insanlarda bu hal daha çox müşahidə edilir. Eyni zamanda depressiya və narahatlıq da motivasiyanı azalda bilər.

Əgər bu üsullar kömək etmirsə, bir mütəxəssisə müraciət etmək ən doğru addımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
sherg.az

1Sources