EN

Putin Paşinyanla danışdı

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

News365.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub:

"İkitərəfli münasibətlərin gələcək inkişafının müxtəlif aspektləri, o cümlədən iqtisadi-ticarət, energetika və nəqliyyat sahələrində əməkdaşlıq müzakirə olunub", - məlumatda qeyd edilib.

Chosen
71
8
news365.az

10Sources