EN

Mariya Zaxarova Heydər Əliyevə hörmətsizlik etdi VİDEO

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

Məsələ belə olub: “Автор i” saytından olan jurnalist Ruslan Pankratov ondan Ermənistanın baş naziri Nikol Paşinyanın martın 11-də Avropa Parlamentindəki çıxışı zamanı dediyi fikirlərə münasibətini soruşub. Həmin çıxışında Paşinyan belə deyib: “Ölkədəki bəzi din xadimləri – o şəxslər ki, vaxtilə SSRİ KQB-nin agentləri olublar,- Ermənistanın müstəqilliyini üçüncü dövlətlərin marağına qurban verməyə çalışırlar”. Burada “vaxtilə KQB-nin agenti olmuş din xadimi” deyiləndə katalikos II Qareginin (Ktriç Nersisyan), “üçüncü dövlət” deyiləndə isə Rusiyanın nəzərdə tutduğu Ermənistandakı prosesləri az-çox izləyən hər kəsə gün kimi aydındır. Ona görə də dialoqun sonrakı hissəsi tamamilə anlaşılmaz görünür. Mariya Zaxarova guya dəqiqləşdirmək məqsədilə soruşur: “Mən başa düşmürəm ki, Paşinyan “KQB-nin əməkdaşları” deyəndə kimi nəzərdə tutur? Cənab Əliyevimi? Heydər Əliyevin haqqındamı belə deyir?” Halbuki, sualda açıq şəkildə və aydın diksiya ilə deyilirdi: Paşinyan Ermənistandakı bəzi din xadimlərini nəzərdə tutaraq belə deyib. Bunu başa düşməmək üçün insan ya ciddi diqqət çatışmazlığından əziyyət çəkməli, ya da idrak problemləri olmalıdır. Üçüncü variant da mümkündür: adam özünü sadəcə, qanmazlığa qoya bilər. Maraqlıdır, görəsən Mariya Zaxarova da bunlardan hansıdır? Vüsal Məmmədov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
2
azvision.az

3Sources