EN

Ekonomim: Türkiyə İranla müharibədə neytral qala bilməyəcək

ABŞ və İsrailin quru əməliyyatı ehtimalı artdıqca Türkiyənin İranla münaqişədə neytral qalmaq şansı azalır.

Azreform.info xəbər verir ki, bu barədə Türkiyənin "Ekonomim" nəşri yazır.

Məqalənin müəllifləri hesab edirlər ki, hərbi eskalasiya gücləndikcə və yeni ölkələr cəlb olunduqca, Türkiyənin neytral mövqe tutmaq üçün məkanı obyektiv şəkildə daralır.

Məqalədə regional ölkələrin və ABŞ müttəfiqlərinin münaqişəyə cəlb olunmasının Türkiyəyə öz mövqeyini seçmək üçün təzyiqi artırdığı bildirilir. Müəlliflər qeyd edirlər ki, Ankaranın regional təşəbbüslərdə iştirakı neytrallıqdan uzaqlaşma kimi qəbul edilə bilər. Beləliklə, Türkiyənin vasitəçi kimi rolu azalır.

Məqalədə vurğulanır ki, İranla ticarət əlaqələrinə görə neytrallıq Ankara üçün iqtisadi əhəmiyyət kəsb edir. Neytrallığın zəifləməsi ölkənin iqtisadiyyatına və xarici siyasətinə təsir göstərə bilər.

Həmçinin məlum olub ki, ABŞ İranda quru əməliyyatı keçirmək üçün bir neçə ssenarini araşdırır

Elvin

Azreform.info .

Chosen
49
3
azreform.info

4Sources