EN

Kyeza İtaliya millisinin heyətindən çıxarıldı

style='margin-bottom:10px;'>

"Liverpul"un sağ cinah oyunçusu Federiko Kyeza DÇ-2026-nın pley-off mərhələsində İtaliya millisinə kömək edə bilməyəcək.

QOL.az xəbər verir ki, bu haqda "Corriere dello Sport" məlumat yayıb.

28 yaşlı futbolçu İtaliya Futbol Federasiyasının təlim-məşq bazasında sağlamlıq müayinəsindən sonra fiziki problemlərlə üzləşib. Nəticədə Kyeza yığmanın heyətindən ayrılıb. Baş məşqçi Cennaro Qattuzo onun yerinə "Bolonya"nın hücumçusu Nikolo Kambiaqanı milliyə çağırıb.

Eyni zamanda, "Atalanta"nın hücumçusu Canluka Skamakka komandanın heyətindən çıxarılıb.

Xatırladaq ki, Kyeza Avro 2024-dən sonra ilk dəfə milli komandaya çağırılıb. O, ümumilikdə İtaliya yığmasının heyətində 51 oyun keçirib, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

İtaliya millisi DÇ-2026-nın pley-off mərhələsinin yarımfinalında 26 martda Şimali İrlandiya ilə qarşılaşacaq. Oyun Bakə vaxtı ilə saat 23:45-də başlayacaq. Qalib komanda Uels-Bosniya və Herseqovina duelinin qalibi ilə qarşılaşacaq.

Chosen
32
1
teleqraf.com

2Sources