EN

Lənkəranda əməliyyat - Fərid Kişiyev 12 kq narkotiklə tutuldu



Lənkəranda 12 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb. Tədbirlər nəticəsində 38 yaşlı Fərid Kişiyev saxlanılıb. Ondan paytaxt ərazisindəki müxtəlif ünvanlara çatdırmaq üçün əldə etdiyi 12 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

ZÜMRÜD

Chosen
62
22
baki-xeber.com

10Sources