EN

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

ain.az, Bizim media portalına istinadən məlumat verir.

2025-ci ildə Özbəkistandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 15,129 milyon ABŞ dolları təşkil edib.Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 4,2 milyon ABŞ dolları və ya 38,1% çoxdur.Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Özbəkistanın payı 1,3% təşkil edib.Həmçinin 2025-ci ildə Azərbaycandan Özbəkistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,026 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 589 min ABŞ dolları və ya 12,8% azalma deməkdir.

 

Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrində Özbəkistanın payı 0,8% təşkil edib.

2024-cü ildə Azərbaycandan Özbəkistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,615 milyon ABŞ dolları, əks istiqamətdə isə 10,956 milyon ABŞ dolları təşkil edib.Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib.Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
20
bizim.media

10Sources