EN

“Nyukasl”ın lideri ayrılmaq istəmir

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimaraeş klubunu tərk etmək niyyətində deyil.

90deqiqe.Az-ın "Newcastle Chronicle"ya istinadən məlumatına görə, braziliyalı futbolçuya “Mançester Yunayted”in maraq göstərməsinə baxmayaraq, o, hazırkı komandasında qalmaqda qərarlıdır. 28 yaşlı yarımmüdafiəçini “sağsağanlar”ın düşərgəsində hər şey qane edir.

Qeyd edək ki, Gimaraeş ilə “Nyukasl” arasındakı qüvvədə olan müqavilənin müddəti 2028-ci ilin yayına qədərdir. Futbolçunun bazar dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.

Cari mövsümdə İngiltərə çempionatında yarımmüdafiəçi 23 oyunda meydana çıxıb. O, bu görüşlərdə 9 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
20
90deqiqe.az

1Sources