Gəncə Dövlət Universitetinin tələbəsi vəfat edib.
Pravda.az xəbər verir ki, universitetdə təhsil alan 1999-cu il təvəllüdlü Əlizadə Fərman Etibar oğlu dünyasını dəyişib.
Onun hansı səbəbdən həyatını itirməsi bildirilməyib.
Qeyd edək ki, F.Əlizadə Birinci Qarabağ müharibəsi qazisi, Cəbrayıl rayon sakini Etibar Əliyevin oğludur.
Tarix: 23 Mart 2026, 15:04