BAKI, 23 mart. TELEQRAF
Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn artıq hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan məlumat verib.
Nazir hazırda Konstitusiyanın siyasi məzmunu üzərində iş aparıldığını bildirib.
Qalyan əlavə edib ki, mətnin hazır olması barədə deyilənlər işlərin başa çatması anlamına gəlmir.