EN

"Kasıb həmişə tələsir" - Fərda

"Kasıb sözünü sevmirəm, amma kasıb düşüncəni qınayıram".

"Unikal" xəbər verir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev "Qapqara" yutub layihəsində deyib. Yumor ustası kasıb-varlı ayrıseçkiliyindən danışıb:

"Bunu "Selfinaz 2" şousunda bu zarafatı demişdim: Baxırsan pulu var, amma ruhda kasıbdır. Kasıb elə həmişə tələsir. Yemək yeyəndə çayı fikirləşir ki, samavar çayı içəcəyəm. Çayı içəndə düşünür çıxıb çöldə qəlyən çəkəcəyəm. Qəlyan çəkə-çəkə deyir, durub oynayacağam. O qədər hər şeyə tələsir ki, Allah belə onu tutub ruzi vura bilmir. Dua edəndə də bitirməmiş fikirləşir ki, bəs hanı mənim ruzim?".

Chosen
62
5
unikal.az

10Sources