EN

Azərbaycan boksçuları Debretsen turnirində 4 medal qazanıb

Macarıstanın Debrecen şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb.

Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 19 ölkənin iştirak etdiyi yarışda Azərbaycan millisi uğurlu çıxış edərək 2 gümüş və 2 bürünc medal qazanıb.

Amin Məmmədzadə (55 kq) və Həsən Osmanlı (80 kq) turniri ikinci pillədə başa vuraraq gümüş medala layiq görülüblər. Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) isə üçüncü yeri tutaraq bürünc medal əldə ediblər.

Azərbaycan millisi turniri ümumilikdə dörd medalla başa vurub.

Chosen
73
90deqiqe.az

1Sources