EN

“Tramp Avropanın heyfini Ukraynadan çıxa bilər” Avropa liderləri nədən qorxurlar?

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa liderlərinin ən böyük qorxusu odur ki, Donald Trampın İrandakı müharibəsi onun Ukraynadan imtina etməsilə nəticələnə bilər.

“AzPolitika” xəbər verir ki, bu barədə “Politico”nəşri öz mənbələrinə istinadla məlumat yayıb. Məlumatda deyilir ki, Avropa Birliyi ABŞ Prezidentinin Yaxın Şərqdə yardım tələblərini rədd etdiyinə görə Avropanın heyfini Ukraynadan çıxa bilər. Trampın bunu Kiyevə ABŞ yardımını dayandırmaqla etməsi mümkündür.

Son günlərdə Tramp dəfələrlə Avropanı Yaxın Şərqdə ABŞ-yə yardımdan imtina etdiyinə görə tənqid edib və ABŞ-nin NATO-da gələcək iştirakını birbaşa münaqişə ilə əlaqələndirib.

Həmçinin, Qərb mediasının yazdığına görə, Kreml Vaşinqtona kəşfiyyat mübadiləsilə bağlı təklif verib. Həmin təklifə görə, Rusiya İrana, ABŞ isə Ukraynaya kəşfiyyat məlumatları ötürməyi dayandırmalıdır.

Sonda “Politico” Avropa diplomatlarına istinadla yazıb ki, Trampın şıltaqlıqları nəzərə alınmaqla, ABŞ-nin Ukraynaya dəstəyini dayandıra biləcəyi riski daim var.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
54
azpolitika.info

1Sources