EN

Kuba ABŞ la müharibəyə hazırlaşır XİN müavini

ain.az, Azvision portalına istinadən məlumat yayır.

Bu barədə Kubanın xarici işlər nazirinin müavini Karlos Fernandez de Kossio (Carlos Fernandez de Cossio) ABŞ Prezidenti Donald Trampın adanı “ələ keçirmək” barədə açıqlamalarından sonra bildirib. Bəyanat ABŞ tərəfindən yanvar ayında tətbiq olunan neft blokadası fonunda ölkədə dərinləşən iqtisadi böhran şəraitində səsləndirilib. Məlumata görə, bu ay Havana və Vaşinqton arasında gərginliyin azaldılması məqsədilə danışıqlar başlayıb. Lakin Donald Tramp ötən həftə yenidən Kubanı “müəyyən formada ələ keçirmək” planlarından danışaraq, bunun mümkün olduğunu iddia edib. NBC telekanalına müsahibəsində Karlos Fernandez de Kossio vurğulayıb ki, Kuba “tarixən də hərbi təcavüzə qarşı ümumxalq səfərbərliyinə hazır olub”. “Bunun baş verəcəyini ehtimal etmirik, lakin hazırlaşmasaq, sadəlövhlük etmiş olarıq”, – deyə diplomat bildirib və mümkün müdaxilənin “heç bir əsasının olmayacağını” qeyd edib. Nazir müavini ABŞ-la danışıqlarda hakimiyyət dəyişikliyi məsələsinin müzakirə olunması ehtimalını da qəti şəkildə rədd edib. Onun sözlərinə görə, bu məsələ gündəmdə deyil. Son günlər Kubada ölkə üzrə genişmiqyaslı elektrik kəsintisi baş verib və təxminən 11 milyon insan işıqsız qalıb. Bu vəziyyət ABŞ-ın təzyiq siyasəti və neft tədarükünün məhdudlaşdırılması fonunda daha da ağırlaşıb. Vaşinqton isə Kubaya qarşı tətbiq olunan blokadanı ölkənin Rusiya, Çin və İranla əlaqələri, eləcə də bəzi silahlı qruplarla münasibətləri ilə əsaslandırır. Rəsmi Havana isə bu təzyiqləri beynəlxalq hüquqa zidd hesab edir.

Röya Əliyeva

AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
85
azvision.az

1Sources