EN

İrəvan Moskvanı ittiham etdi - “Niyə qorxursunuz?”

BAKI, 23 mart. TELEQRAF

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl İrana qarşı aparılan “hibrid müharibə”dən danışıb.

Teleqraf xəbər verir ki, bu barədə o, brifinqdə bildirib.

Mirzoyan deyib ki, hibrid müharibə anlayışı qarışıq hücumları nəzərdə tutur və bu, informasiya manipulyasiyası və ya kiberhücumlar şəklində ola bilər: “Hazırda Ermənistana qarşı belə hücumlar həyata keçirilir”.

Xarici işlər nazirinin sözlərinə görə, bu hücumların bir hissəsi jurnalistlər vasitəsilə edilir, bəziləri bunu şüurlu şəkildə, bəziləri isə bilmədən edir:

“İlk növbədə söhbət saxta informasiyalardan gedir, bu dezinformasiyaların mühüm hissəsi konkret ölkədən gələ bilər”.

Mirzoyan vurğulayıb ki, bəzi ölkələrdən olan deputatlar Ermənistanın suverenliyi və qanuni seçilmiş hakimiyyətinə qarşı açıqlamalar verirlər. Ermənistanın baş diplomatı xüsusilə Rusiyada verilən bəzi bəyanatlara diqqət çəkib.

“Bəzi dairələr Avropa İttifaqının adını eşidəndə qorxuya düşürlər və bunu Ermənistanı “udmaq” kimi təqdim edirlər, halbuki bu, real vəziyyəti əks etdirmir”, - söyləyib.

Bununla belə, o əlavə edib ki, əgər varsa, hibrid təhdidlərlə mübarizədə Rusiyanın təcrübəsini öyrənməyə hazırdır.

İrəvanın bu məsələ ilə bağlı Avropa İttifaqından kömək istəməsi ilə bağlı Mirzoyan bunda qeyri-adişey olmadığını bildirib: “Bəli, Ermənistan hökumət səviyyəsində avropalı tərəfdaşlarından belə bir yardım istəyib və alıb”.

Chosen
56
teleqraf.com

1Sources