EN

Kolumbiyanın Milyonarios klubunun 18 yaşlı futbolçusu vəfat edib

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kolumbiyanın "Milyonarios" klubunun gənclərdən ibarət komandasının yarımmüdafiəçisi Santyaqo Kastrilyon 18 yaşında dünyasını dəyişib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hadisə şənbə günü gənclər arasında keçirilən ölkə çempionat matçı zamanı baş verib. Futbolçu qəfildən meydanda huşunu itirib. Ona dərhal tibbi yardım göstərilib, daha sonra isə təcili yardım maşını ilə xəstəxanaya çatdırılaraq kardioloqların nəzarəti altında reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, gənc idmançı özünə gəlməyib və vəfat edib. Klubdan verilən rəsmi açıqlamada Santyaqonun ailəsi, komanda yoldaşları və dostlarının əhatəsində son mənzilə yollandığı bildirilib.

Qeyd edək ki, Kastrilyon "Milyonarios"un əsas komandasında rəsmi matça çıxmasa da, dəfələrlə oyunların iştirak ərizəsinə salınmışdı.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
67
6
cebheinfo.az

10Sources