EN

Spartak Fernandeşin ardından Beşiktaş ın daha bir futbolçusunu aparır

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Beşiktaş"ın daha bir futbolçusu Moskva "Spartak"ına keçə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Ajansspor" yayıb.

Məlumata görə, bu, 28 yaşlı almaniyalı müdafiəçi Feliks Uduoxaydır. Mənbə rusların yaxın vaxtlarda qarşı tərəflə danışıqlara başlayacaqlarını vurğulayıb. İstanbul təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan Uduoxayın Rusiyada oynamaq variantına isti yanaşdığı bildirilib.

Daha öncə "qırmızı-ağlar" "Beşiktaş"dan Jedson Fernandeşi transfer ediblər.

Cari mövsüm "ağ-qaralar"ın heyətində bütün turnirlərdə 19 matça çıxan Uduoxay məhsuldar göstəricilərlə yadda qalmayıb. "Transfermarkt" portalı onun transfer qiymətini 4 milyon avro ilə dəyərləndirir.

Toğrul

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
1
fanat.az

2Sources