EN

Sabah 17 dərəcə isti olacaq

Bakı.Trend:

Martın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumataəsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkənbuludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə vəsəhər bəzi yerlərdə duman. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-17° isti olacaq.Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununaenəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrıyerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qaryağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman.Mülayim şərq küləyi əsəsək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 18-23° isti, dağlardagecə 0-5° isti, gündüz 12-17° isti olacaq.

Məqalədə:
Chosen
17
49
az.trend.az

10Sources