Xətai rayonunda yerləşən fərdi yaşayış evinin bir otağı çöküb.
Moderator.az oxu.az-a istinadla xəbər verir ki, hadisə Zeytun küçəsi, 134 ünvanında qeydə alınıb.
Sakinlərin sözlərinə görə, bir il üç aydır ki, kanalizasiya kollektorunda yaranan problem aradan qaldırılmır:
"Kanalizasiyadan çirkab su evlərin zirzəmilərinə, küçələrə dolur. Bütün evlər su altındadır. Bu xətlər alternativ xətlə dəyişilmədiyi üçün ərazidə yaşamaq müşkülə çevrilib".
Məsələ ilə bağlı aidiyyəti quruma informasiya sorğusu ünvanlanıb.
Sözügedən görüntüləri təqdim edirik: