EN

Fransa millisinin yeni baş məşqçisi bəlli oldu

ain.az, Sportal.az portalına istinadən məlumat yayır.

Zinəddin Zidan Fransa milli komandasının baş məşqçisi təyinatı ilə bağlı Fransa Futbol Federasiyası (FFF) ilə şifahi razılığa gəlib.

Sportal.az xəbər verir ki, FFF prezidenti Filip Diallo artıq varisin seçildiyini təsdiqləyib.

Lakin o, ad açılqamaq istəməyib. Federasiya rəsmisinin sözlərinə görə, boş qalan vəzifə uğrunda beş fransız mütəxəssis mübarizə aparırdı.

Amma iddiaya görə, Didye Deşamı DÇ-2026-dan sonra Zidan əvəzləyəcək.

53 yaşlı mütəxəssis futbolçu kimi Fransa millisində 108 oyun keçirib və 31 qol vurub. O, məşqçi kimi "Real"ı çalışdırıb.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
68
13
sportal.az

10Sources