EN

33 yaşlı Vətən müharibəsi qazisi VƏFAT ETDİ

Lənkəran sakini, Vətən müharibəsi qazisi 33 yaşlı kapitan vəfat edib.

NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə 44 günlük Vətən müharibəsi qazisi Lənkəran rayonunun Cil kənd sakini kapitan 33 yaşlı Aqil Bəxtiyar oğlu Nuriyev uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib.

Qeyd edək ki, kapitan A.Nuruyev 4 gün idi Bakı şəhərində xəstəxanaların birində müalicə alırdı. O, müalicə aldığı xəstəxanada ölüb. Onun nəşi bu gün doğulduğu kəndə gətirilib, dəfn olunacaq.

Chosen
109
nocomment.az

1Sources