EN

Vladimir Putin Çinə Trampdan əvvəl səfər edə bilər

BAKI, 23 mart. TELEQRAF

Rusiya prezidenti Vladimir Putinin Çinə səfərinin tarixi tezliklə bəlli olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko danışıb.

"Biz bunun üzərində işləyirik. Düşünürəm ki, tezliklə tarix açıqlanacaq", - nazir müavini Rusiya liderinin səfərinin vaxtı ilə bağlı suala cavab olaraq bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə Amerika liderinin Çinə səfəri zamanı keçirilməsi planlaşdırılan görüşün təxirə salındığını açıqlayıb.

Chosen
75
1
teleqraf.com

2Sources