EN

Thonqlun Sisulit yenidən Laosun Prezidenti seçilib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Pekin, 23 mart, AZƏRTAC

Laos Xalq İnqilab Partiyasının Mərkəzi Komitəsinin Baş katibi Thonqlun Sisulit yenidən ölkə Prezidenti seçilib.

AZƏRTAC xəbər verir ki, 10-cu çağırış Laos Milli Assambleyasının martın 23-də başlayan ilk sessiyasında deputatların 99 faizi Thonqlun Sisulitin namizədliyini dəstəkləyib.

Milli Assambleya Soneksay Siphandonu isə Baş nazir vəzifəsinə seçib.

Martın 27-dək davam edəcək sessiyada ölkə gündəmindəki ən vacib məsələlərə dair qərarlar qəbul ediləcək.

Qeyd edək ki, 81 yaşlı Thonqlun Sisulit keçmiş SSRİ-də və Vyetnamda təhsil alıb, müxtəlif illərdə xarici işlər nazirinin müavini, əmək və sosial rifah naziri, xarici işlər naziri, Baş nazirin müavini vəzifələrində işləyib. O, 2016-cı ildə Baş nazir, 2021-ci ildə isə əvvəlcə Laos Xalq İnqilab Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, ardınca Prezident seçilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
91
4
azertag.az

5Sources