EN

Şahın oğlundan ABŞ və İsrailə yeni ŞƏRT

ain.az bildirir, Milli.az portalına istinadən.

İran şahının oğlu Rza Pəhləvi gözlənilməz və diqqətçəkən bəyanatla çıxış edib.

Milli.Az xəbər verir ki, o, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən İrana endirilən zərbələrə münasibət bildirib.

Pəhləvi vurğulayıb ki, İran İslam Respublikası ilə eyniləşdirilməməlidir və ölkənin mülki infrastrukturu İran xalqına məxsusdur: "İran - İslam Respublikası deyil. Mülki infrastruktur İran xalqına və gələcək azad İranın qurulmasına xidmət edir". 

Onun sözlərinə görə, mövcud rejim repressiya və terror mexanizmi kimi fəaliyyət göstərir və ölkənin gələcəyinə mane olur.

Pəhləvi Vaşinqton və Təl-Əvivə çağırış edərək bildirib ki, zərbələr yalnız rejimin obyektlərinə yönəlməli, mülki infrastruktura zərər vurulmamalıdır: "Rejim hədəf alınmalıdır, lakin İran xalqının gələcəyi üçün vacib olan obyektlər qorunmalıdır". 

O əlavə edib ki, ABŞ və İsrailin dəstəyi, eləcə də iranlı vətənpərvərlərin mübarizəsi nəticəsində ölkədə azadlıq saatı yaxınlaşır.

Sonda isə Pəhləvi "Yaşasın İran!" şüarı ilə çıxışını tamamlayıb. /Musavat.com

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
2
news.milli.az

3Sources