EN

Bakıda tanınmış fotoqrafa aid qaraj yandı

Tanınmış fotoqraf Orxan Aslanovun evində yanğın baş verib.

Far.Az xəbər verir ki, o bununla bağlı sosial şəbəkədə video yayımlayıb.

Fotoqraf səhər saat 5-in yarısında Ləhiş bağları ərazidə ona məxsus qarajın yandığını bildirib:

"Maşını zədələrlə güclə çıxara bildik, amma təəssüf ki, başqa heç nəyi xilas etmək mümkün olmadı. Uzun müddət topladığım hər şey məhv oldu. Əsas odur ki, heç kim xəsarət almadı. Buna görə də yaşamaq və hər günün qədrini bilmək lazımdır. Hər şey düzələcək", - deyə o bildirib.

Sözügedən görüntüləri təqfim edirik:

Chosen
106
far.az

1Sources