EN

Bakıda tanınmış fotoqrafın villasında yanğın oldu - Video 

Bakının Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində yanğın hadisəsi baş verib...

Poliqon xəbər verir ki, bununla bağlı tanınmış fotoqraf Orxan Aslanov videogörüntü yayımlayıb.

O.Aslanovun sözlərinə görə, hadisə səhərə yaxın qeydə alınıb. 

"Təəssüf ki, bu gün pis bir gün idi. Bütün qarajımızı itirdik, zədələnmiş maşını çətinliklə çıxara bildik və başqa heç nəyi xilas edə bilmədik. Uzun müddətdir yığdığım hər şey yox oldu. Əsas odur ki, heç kim zərər görmədi. Ona görə də hər yaşadığımız gündən zövq almalıyıq. Hər şey yoluna düşəcək", - fotoqraf qeyd edib. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb olunub.

Qeyd edək ki, Orxan Aslanovun həyat yoldaşı Günay Aslan Ansari də influenser kimi fəaliyyət göstərir. Cütlüyün iki övladı var.

Poliqon.info

Chosen
104
19
poliqon.info

10Sources