EN

Heç bir ölkə bundan qurtula bilməyəcək

ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə səbəbindən qlobal iqtisadiyyat böyük təhlükə ilə üzləşib.

Publika.az xəbər verir ki, bunu Avstraliyanın paytaxtı Kanberrada keçirilən Milli Mətbuat Klubundakı çıxışında Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol deyib.

O, mövcud enerji böhranını 1970-ci illərin böhranları və Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsinin təsirləri ilə müqayisə edib:

"Yalnız neft və təbii qaz deyil, həm də qlobal iqtisadiyyatın bəzi həyati əhəmiyyətli arteriyalarının, məsələn, neft-kimya, gübrələr, kükürd və heliumun ticarəti pozulub və bu, qlobal iqtisadiyyat üçün ciddi nəticələrə səbəb olacaq. Hazırkı vəziyyətdə bu böhran iki neft böhranı və təbii qaz böhranının birləşməsidir. Qlobal iqtisadiyyat bu gün çox ciddi təhlükə ilə üzləşir. Əgər böhran bu istiqamətdə davam edərsə, heç bir ölkə onun təsirlərindən sığortalanmayacaq. Buna görə də həll yolu tapmaq üçün qlobal səylər göstərilməlidir".

Chosen
125
5
publika.az

6Sources