EN

Aİ İrana görə ABŞ a dəstək verməsə, Ukrayna yardımı dayandırıla bilər

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa liderlərinin ən böyük qorxusu ondan ibarətdir ki, Donald Trumpın İranda apardığı siyasət onun Ukraynadan üz döndərməsinə səbəb ola bilər.

Bizimyol.info xəbər verir ki, "Politico" nəşrinin mənbələrə istinadən yazdığına görə, Avropa İttifaqında (Aİ) ehtiyat edirlər ki, ABŞ prezidenti Yaxın Şərqdə yardım çağırışlarına cavab verməyən Avropa müttəfiqlərinə qarşı addım ata bilər. Bu addımın ən ciddi forması isə Vaşinqtonun Kiyevə olan dəstəyini dayandırması ola bilər.

Son günlər Tramp Avropanı Yaxın Şərqdə ona kömək etmədiyi üçün dəfələrlə tənqid edib və hətta ABŞ-ın NATO-dakı rolunun davamını da bu münaqişə ilə əlaqələndirib. Eyni zamanda, Moskva Vaşinqtona belə bir razılaşma təklif edib: əgər ABŞ Ukraynaya Rusiya ilə bağlı kəşfiyyat məlumatı ötürməyi dayandırsa, Kreml də İranla məlumat paylaşımını kəsəcək. ABŞ bu təklifi rədd etsə də, belə bir ideyanın ortaya çıxması Ukrayna ilə Yaxın Şərq arasında mümkün “mübadilə” ehtimalını göstərir.

Diplomatların sözlərinə görə, İrandakı münaqişə Ukraynanın Rusiyaya qarşı müdafiəsi üçün həyati əhəmiyyət daşıyan raket və hava hücumundan müdafiə sursatlarını sürətlə tükəndirir.

“Trampın Qrenlandiya məsələsindəki addımlarını və Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini necə qəfil dayandırdığını görəndə, ABŞ-ın Ukraynaya dəstəyini də kəsməsi riski həmişə qalır.

“BƏƏ "Patriot" zenit-raket komplekslərini sanki konfet kimi istifadə edir, halbuki Ukraynanın onlara həyati ehtiyacı var. ABŞ-ın resurslarının yalnız bir münaqişəyə çatdığı və Ukraynanın taleyin ümidinə buraxıldığı "ya o, ya bu" vəziyyətinə yol vermək olmaz”, - deyə diplomatlar bildirib.

Bu fonda Avropa liderləri – o cümlədən Emmanuel Makron, Keir Starmer və NATO-nun baş katibi Mark Rutte – ABŞ-ın Hörmüz boğazının açıq saxlanması məqsədinə dəstəklərini daha fəal şəkildə nümayiş etdirməyə çalışırlar.

Rütte Trampın addımlarını açıq şəkildə tərifləyərək, ABŞ və İsrailin İranın hərbi potensialını zəiflətməsini “çox vacib” adlandırıb, həminin bunu “Avropanın təhlükəsizliyi” ilə əlaqələndirib. Makron isə telefon danışığında şərait imkan verən kimi Fransanın boğazın təhlükəsizliyinə töhfə verəcəyini bildirib.

Britaniyanın baş naziri isə Aİ və müttəfiq ölkələrin imzaladığı birgə bəyanatın əsas təşəbbüskarı olub. Bəyanatda tərəflər boğazdan təhlükəsiz keçidin təmininə töhfə verməyə hazır olduqlarını bildiriblər.

Bununla belə, Ukraynada sülh perspektivləri getdikcə daha qaranlıq görünür. Ukrayna ordusunun döyüş meydanında uğurlarına və Rusiyanın böyük itkilərinə baxmayaraq, ciddi narahatlıq doğuran amillər qalmaqdadır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
73
icma.az

1Sources