EN

Çinin UNO ya bənzəyən avtomobili FOTO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fantastik filmlərdə heyrətlə izlədiyimiz nəqliyyat vasitələri artıq günümüzün reallığına çevrilir. Avtosfer.az xəbər verir ki, Çinin Uhan şəhərində Uçan Naməlum Obyekti xatırladan və elektriklə işləyən nəqliyyat vasitəsi (EVTOL şaquli qalxıb enən uçuş aparatı) ictimaiyyətə təqdim olub.

Qeyri-adi dizaynı və üstünlükləri ilə diqqət çəkən dron indiyədək 140 sınaq mərhələsini uğurla başa vurub. Cəmi 3 saniyədə havaya qalxan 4 yerlik nəqliyyat vasitəsi hətta 3-cü mərtəbədə şərti xilasetmə əməliyyatını müvəffəqiyyətlə icra edib. 

İstehsalçı şirkətin rəhbəri Tsay Syaodun deyir ki, nəqliyyat vasitəsi layihələndiriləndə əsas diqqət kompakt dizaynla yanaşı, təhlükəsizlik və sərnişinlərin rahatlığına yönəlib.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
80
avtosfer.az

1Sources