EN

Tehranda İran Müdafiə Nazirliyinin yerləşdiyi ərazi bombalandı

Tehranın bir neçə ərazisində, o cümlədən İran Müdafiə Nazirliyinin yerləşdiyi rayona hava hücumu da daxil olmaqla, çoxsaylı partlayışlar baş verib.

Musavat.com xəbər verir ki, məlumatı Al Hadath TV yayıb. Kanalın məlumatına görə, İranın hava hücumundan müdafiə sistemləri Tehranın şimal, şərq və mərkəzi hissələrindəki hədəflərə qarşı işləyir. Milli parkın yerləşdiyi Sorx-e Hesar rayonunda ən azı beş partlayış, İran Müdafiə Nazirliyinin kompleksinin yerləşdiyi Noboniad rayonunda isə güclü partlayış baş verib.

Şəhərə endirilən hava hücumu nəticəsində dəyən ziyan, mümkün dağıntı və ya itki barədə hələlik məlumat yoxdur.

Musavat.com

Chosen
76
2
musavat.com

10Sources