EN

Madrid derbisində “Real” çətin qələbə qazandı

İspaniya La Liqasının 29-cu turunda Madrid derbisi baş tutub.
 
Moderator.az xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda keçirilən oyunda “Real Madrid” “Atletiko Madrid”i 3:2 hesabı ilə məğlub edib.
 
Qarşılaşmada “Real”ın qollarını Vinisius Junior (52 və 72-ci dəqiqələr) və Federiko Valverde (55-ci dəqiqə) vurub. “Atletiko”nun heyətində isə Ademola Lukman (33-cü dəqiqə) və Naüel Molina (66-cı dəqiqə) fərqlənib.
 
Oyunun 77-ci dəqiqəsində Federiko Valverde birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
 
Bu qələbə ilə “Real” xallarının sayını 69-a çatdıraraq turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Madrid təmsilçisi lider “Barselona”dan 4 xal geri qalır. “Atletiko” isə 57 xalla 4-cü yerdədir və qələbə seriyasını dayandırıb.
 
Chosen
9
2
moderator.az

3Sources