EN

Arman Düplantisdən Polşada dünya rekordu

Şüvüllə tullanma üzrə ikiqat olimpiya və üçqat dünya çempionu Arman Düplantis Polşada keçirilən qapalı məkan üzrə dünya çempionatında növbəti möhtəşəm uğuruna imza atıb.

İdman.Biz xəbər verir ki, dünya ulduzu 6,25 metr hündürlüyü dəf edərək həm qızıl medal qazanıb, həm də qapalı məkanlar üçün yeni dünya rekordunu müəyyənləşdirib.

Yarışın gümüş medalına 6,05 metr nəticə göstərən yunanıstanlı atlet Emmanuil Karalis sahib çıxıb. Bürünc mükafatı isə 6,00 metr hündürlüyə tullanan Avstraliya təmsilçisi Kertis Marşall əldə edib.

Xatırladaq ki, bu, Arman Düplantisin karyerası ərzində müəyyənləşdirdiyi ilk rekord deyil. O, bir müddət əvvəl mövsümöncəsi keçirilən “Mondo Classic - 2026” turnirində 6,31 metr hündürlüyə tullanaraq karyerasında 15-ci dəfə dünya rekordunu yeniləmişdi. Hazırda 26 yaşlı atletin əsas hədəfi özünə məxsus olan bu tarixi nəticələri daha da təkmilləşdirməkdir.

İdman.Biz
Chosen
135
1
idman.biz

2Sources