
İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubundakı Ən-Nəbatiyyə şəhəri yaxınlığında "Hizbullah" hərəkatına məxsus 15 qərargah və komanda mərkəzinə zərbələr endirdiyini açıqlayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb. "Növbəti hücum dalğası çərçivəsində şiə qruplaşmasının strateji nöqtələri hədəf alınıb" - deyə hərbi idarənin açıqlamasında bildirilir.