EN

Paris bələdiyyə seçkilərində Emmanuel Qrequar liderdir

Paris bələdiyyə seçkilərində Emmanuel Qrequar liderdir

Martın 22-də başa çatan bələdiyyə seçkilərinin ikinci turunun nəticələrinə görə, Paris meri postunu sosialist Emmanuel Qrequar tuta bilər.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, Fransanın İctimai Rəy İnstitutunun (IFOP) ilkin məlumatlarına əsasən, solçu partiyaların birgə siyahısı ilə seçkiyə qatılan Qrequar 51% səs toplayıb.

Onun əsas rəqibi, sağçılar və mərkəzçilərin vahid namizədi, sabiq mədəniyyət naziri Raşida Dati 37% səslə ikinci yerdə qərarlaşıb. Qrequarın qələbəsi Paris ətrafındakı dairəvi avtomobil yolunun "yaşıl bulvar"a çevrilməsi və şəhərin "enerji modernizasiyası" kimi iddialı layihələrin icrasına yol aça bilər. Qeyd edək ki, bu seçkilərdə fəallıq 57% təşkil edib ki, bu da son illərin ən aşağı göstəricilərindən biridir.

Chosen
85
afn.az

1Sources