EN

İsraillilərin 78,5 faizi İrana hücumları dəstəkləyir - Sorğu

İsraillilərin 78,5 faizi İrana hücumları dəstəkləyir - Sorğu

Təl-Əvivdə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutu (INSS) İsrail vətəndaşlarının 78,5 faizinin İrana yönəlmiş hücumları dəstəklədiyini ortaya qoyan ictimai rəy sorğusunun nəticələrini paylaşıb.

AFN.az xəbər verir ki, INSS İsrail və ABŞ-ın fevralın 28-də İrana qarşı başlatdığı birgə hücumun üzərindən iki həftə keçdikdən sonra vətəndaşların bu hərbi əməliyyatlarla bağlı fikirlərini öyrənib. Rəsmi məlumatlara görə, əhalisinin təxminən 77 faizi yəhudilərdən, 21 faizi isə İsrail vətəndaşı olan fələstinlilər, bədəvilər və dürzi ərəblərdən ibarət olan ölkədə keçirilən sorğuda 805 nəfər sualları ivrit, 152 nəfər isə ərəb dilində cavablandırıb.

Araşdırmaya əsasən, İsrail vətəndaşlarının 78,5 faizi İrana hücumları dəstəklədiyi halda, martın 2-də keçirilən bənzər sorğuda bu göstəricinin 80,5 faiz olduğu diqqət çəkib. İsraillilərin 60 faizi hücumları uğurlu hesab etsə də, əməliyyatların Tehran rəhbərliyi devrilənə qədər davam etdirilməsinə verilən dəstək 63 faizdən 54 faizə geriləyib.

Eyni zamanda, İsrailin zərbələrinin Tehran rejimini zəiflədəcəyi fikrində olanların nisbəti hücumların başlanğıcında 69 faiz idisə, hazırda bu rəqəm 58 faizə düşüb. İştirakçıların 46 faizi müharibənin daha bir ay çəkəcəyi təqdirdə buna dözə biləcəyini, 47 faizi isə proses daha uzun sürsə belə bu şərtlərdə yaşamağa davam edəcəyini bildirib. Bundan əlavə, israillilərin 48 faizi Livana qarşı hücumların uzunmüddətli təhlükəsizliyi təmin edəcəyinə inanır.

Chosen
135
afn.az

1Sources