
İran Xarici İşlər Nazirliyi ölkəyə qarşı hücumlarda iştirak etməyən dövlətlərə məxsus gəmilərin Tehranla koordinasiyalı şəkildə Hörmüz boğazından keçidinin mümkünlüyünü açıqlayıb.
AFN.az xəbər verir ki, rəsmi Tehran İsrail və ABŞ ilə əlaqəsi olan gəmilərin strateji əhəmiyyətli bu boğazdan keçməsinə icazə verilməyəcəyini bəyan edib. Nazirliyin bəyanatında qeyd olunur ki, yalnız İranın təhlükəsizliyinə təhdid yaratmayan və hücum əməliyyatlarında yer almayan ölkələrin gəmiləri səlahiyyətli qurumlarla razılaşdırılmış şəkildə hərəkət edə bilərlər.
Hörmüz boğazında yarana biləcək hər hansı təhlükəsizlik riskinə görə birbaşa ABŞ və İsrailin məsuliyyət daşıdığını vurğulayan Tehran, bölgədə qalıcı sabitliyin bərqərar olması üçün hücumların tamamilə dayandırılmasının zəruriliyini diqqətə çatdırıb.