EN

İlk sakinlər İrandan qaçanlar olublar Bakının NZS qəsəbəsindən REPORTAJ VİDEO

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Baku TV paytaxtın təxminən bir əsrdir məskunlaşmanın olduğu NZS qəsəbəsindən reportaj hazırlayıb.

Qəsəbədə yaşayan sakinlər buranın tarixi barədə maraqlı məlumatlar veriblər. Uzun illərdir burada yaşayan sakin qəsəbənin formalaşmasını belə xatırlayır:

"NZS-in yerli sakinləri buraya 1946-cı ildə gələnlərdir. Pişəvəri ilə birlikdə 120 min nəfər gəldi. Buradakı 'amerikanka' evlər onlar üçün tikildi. Gəlib zavod işçisi oldular, ona görə də o evlərdə yaşadılar. Sonra burada evləndilər. Fərq etmir, o tay, bu tay - eyni millətdir".

"İlk sakinlər İrandan qaçanlar olublar" - Bakının NZS qəsəbəsindən REPORTAJ - VİDEO

Sakinlər, həmçinin 20 il əvvəl həmin ərazidə Novruz bayramının necə keçirildiyindən də bəhs ediblər:

"Uşaqlar oynayırdı, bayram süfrəsi qururdular. Əvvəllər münasibətlər çox yaxşı idi. İndi hər kəsin bir-biri ilə əvvəlki kimi münasibəti yoxdur".

Qəsəbənin digər bir sakini isə ərazinin illər ərzindəki dəyişimini və mövcud vəziyyətini belə şərh edib:

"1987-ci ildən buradayam. Əvvəl gələndə genişlik idi, indi evlər tikilib, sıxlaşıb. Demək olar ki, tonqal qalamağa yer qalmayıb. Yuxarıda neft çənləri var, neft ərazisidir. Neft xətləri keçir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
90
1
oxu.az

5Sources