ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qətər və Oman nümayəndələri mümkün atəşkəslə bağlı İranla danışıqlara başlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Qətər və Oman rəsmiləri İranla təmaslara başlayıblar. Bildirilir ki, onlar ABŞ və İsrailin böyük hərbi gücünün yaxın vaxtda İran hakimiyyətini devirməyə yetməyəcəyi qənaətinə gəldikdən sonra bu addımı atıblar.
İran tərəfi isə Qətər və Omanın təkliflərinə cavab olaraq yalnız ABŞ və İsrail hücumları dayandırdıqdan sonra qarşılıqlı fəaliyyətə hazır olacağını bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.