EN

Qalibaf hücumların yeni hədəflərini açıqladı

Amerika qiymətli kağızlarını almaq yolu ilə ABŞ-ın hərbi-sənaye kompleksinə investisiya qoyan maliyyə təşkilatları İran ordusunun hücumlarının növbəti hədəfi olacaq.

Publika.az xəbər verir ki, bu barədə İran Məclisinin (parlamentinin) sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, həmin maliyyə təşkilatları hərbi bazalarla yanaşı, İslam Respublikasının qanuni hədəflərinə çevriləcək.

Qalibaf əlavə edib ki, ABŞ Xəzinədarlığının istiqrazları "İran qanına bulaşıb". Bu qiymətli kağızları alan təşkilatlar "öz qərargahlarına və aktivlərinə zərbə vururlar".

Chosen
98
publika.az

1Sources