EN

Putinin həbs orderini verən prokurordan XƏBƏR VAR

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xana qarşı irəli sürülən seksual xarakterli ittihamlar, mediada onun guya bəraət alması ilə bağlı xəbərlərə baxmayaraq, hələ də araşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Reuters agentliyinin tanış olduğu məhkəmə əməkdaşlarına göndərilən qeyddə yer alıb.
 

Reuters-in məlumatına görə, hərbi cinayətlər və insanlığa qarşı cinayətlər üzrə araşdırmalara kuratorluq edən Xan, ofisində çalışan hüquqşünasa qarşı seksual ittihamları fonunda vəzifələrinin icrasından müvəqqəti kənarlaşdırılmış olaraq qalır.


“Xanın işi üzrə heç bir qərar qəbul olunmayıb və son media nəşrlərinə əhəmiyyət verilməməlidir”, — xidməti qeyddə bildirilir.

Orada əlavə olunur ki, intizam proseduru davam edir və məxfi xarakter daşıyır. Reuters yazır ki, bu qeyd Middle East Eye portalında Xanın guya “bəraət alması” barədə yayılan xəbərlərə cavab xarakteri daşıyır.
 

Bununla yanaşı, Reuters-in eyni materialında qeyd olunur ki, məhkəməyə bağlı olmayan üç hakimdən ibarət panel faktları araşdırıb və yekdilliklə Xanın davranışında pozuntu və ya vəzifə borcunun yerinə yetirilməməsi görməyib. Lakin BCM-nin idarəedici Bürosu hələ yekun qərar verməyib. Buna görə də hazırkı mərhələdə “bəraət alıb” demək tezdir.


Kərim Xan 2023-cü ilin martında Rusiya prezidenti Vladimir Putin və Rusiya prezidentinin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verilməsi ilə tanınır.

Reuters materialında da xatırladılır ki, o, həmçinin İsrailin baş naziri Benyamin Netanyahu ilə bağlı işlərə görə də güclü siyasi təzyiqlərlə üzləşib.

Bizim.Media

Chosen
72
bizim.media

1Sources