İsrail ordusunun Şimal Komandanlığının növbəti fəaliyyət planlarını təsdiqlədikdən sonra Baş Qərargah rəisi Eyal Zamir mühüm bəyanatla çıxış edib. O, Livanın cənubunda “Hizbullah” qruplaşmasına qarşı aparılan əməliyyatların hələ ilkin mərhələdə olduğunu vurğulayıb. Zamirin sözlərinə görə, İran kampaniyası başa çatdıqdan sonra “Hizbullah” tamamilə tək və təcrid olunmuş vəziyyətdə qalacaq.
KONKRET.az xəbər verir ki, Eyal Zamir bu mübarizənin uzunmüddətli olacağını və İsrail ordusunun buna tam hazır olduğunu bildirib. O qeyd edib ki, hazırda ordunun manevrlərini dərinləşdirmək və konkret plan üzrə zərbələrin miqyasını genişləndirmək üçün hazırlıq işləri aparılır. Bu bəyanat İsrailin həm İran, həm də onun proksi qüvvələrinə qarşı hərbi təzyiqi artırmaqda qərarlı olduğunu bir daha təsdiqləyir.
Natiq Səlim,
KONKRET.az