EN

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib

Saatlıda qətl hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Fətəlikənd kəndində qeydə alınıb.

Belə ki, Fətəlikənd kənd sakini, Söhbətov Rizvan Məmmədağa oğlu mübahisə zəminində 1976-cı il təvəllüdlü Abdullayev Rövşən Sədyar oğluna bıçaqla xəsarət yetirib.

Ürək nahiyəsindən xəsarət alan R. Abdullayev Saatlı rayon mərkəzi xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda qətli törədən şəxsin saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
183
3
apa.az

10Sources