EN

ABŞ həmin iddianı rədd etdi

“İranın ABŞ-nin F-15 təyyarəsini vurması iddiası yalandır”.

News365.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” hesabında paylaşım edilib.

Bildirib ki, İranın ABŞ F-15 təyyarəsini vurması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edilib ki, ABŞ qüvvələri “Epik Qəzəb” əməliyyatı çərçivəsində 8 mindən çox döyüş uçuşu həyata keçirib və bu müddətdə heç bir F-15 qırıcı təyyarəsi zərər görməyib.

Qeyd edək ki, İran dövlət televiziyası bir neçə saat əvvəl ölkənin cənubunda ABŞ-yə məxsus F-15 qırıcı təyyarəsinin vurulduğunu iddia etmişdi. Məlumata görə, təyyarənin Hörmüz adası yaxınlığında qəzaya uğradığı və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilmişdi.

Chosen
53
2
news365.az

3Sources