EN

Tramp: İran öldü, indi ən böyük düşmən Demokrat Partiyasıdır

BAKI, 22 mart. TELEQRAF

"İran öldü! İndi Amerikanın ən böyük düşməni tamamilə çarəsiz qalan solçu Demokrat Partiyasıdır. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında qeyd edib.

Daha əvvəl ABŞ Nümayəndələr Palatasının Demokrat lideri Hakim Ceffris ABŞ-nin rejim dəyişikliyinə ehtiyacı olduğunu bildirib.

"Donald Tramp və respublikaçı ekstremistlər Yaxın Şərqdə mənasız bir müharibəyə başladılar. Benzin qiymətləri artır, milyardlarla dollar boşa xərclənir və ölkəmizin təhlükəsizliyi getdikcə risk altına düşür. Amerikada hökumət dəyişikliyinə ehtiyacımız var", - deyə siyasətçi X sosial şəbəkəsində yazıb.

Chosen
55
teleqraf.com

1Sources