EN

İran Hörmüz boğazını tamamilə bağlamaqla hədələyib

ABŞ İranın elektrik stansiyalarına hücum edəcəyi təqdirdə, İran Hörmüz boğazını bağlayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının nümayəndəsi bildirib.

“ABŞ-nin İranın elektrik stansiyalarına qarşı təhdidi həyata keçirilərsə, dərhal aşağıdakı cəza tədbirləri görüləcək: Hörmüz boğazı tamamilə bağlanacaq və zədələnmiş elektrik stansiyaları bərpa olunana qədər yenidən açılmayacaq. İsrailin bütün elektrik stansiyaları, enerji infrastrukturu və informasiya texnologiyaları geniş şəkildə zərər görəcək”, – deyə o əlavə edib. /Report/

Chosen
117
15
nocomment.az

10Sources