"Əli Laricani heç bir terror təşkilatı ilə əlaqəsi olmayan mülki siyasətçi idi".
"Unikal" xəbər verir ki, bu sözləri tanınmış iranlı jurnalist Əli Əlizadə “Jedaal” tok-şousunda söyləyib.
Jurnalist həmçinin Laricaninin Tehranda necə öldürüldüyü barədə açıqlama verib.
"İsrail bu hücumları süni intellekt əsaslı "ağıllı müharibə"lərin bir növü kimi təqdim edir. Bildirmək istəyirəm ki, Laricaninin, bir gün sonra isə İsmayıl Xətibin (İranın kəşfiyyat və milli təhlükəsizlik naziri - red.) öldürülmə üsulunun "ağıllı müharibə" ilə heç bir əlaqəsi yoxdur.
Onun yerini müəyyən etmək üçün altı və ya yeddi yer seçilib və onların hamısı kor-koranə şəkildə bombardman edilib. Nəhayət, Laricani qızının evində, Tehranın kifayət qədər kasıb bir rayonunda qətlə yetirilib. Onunla birlikdə həmin ərazidə daha 105 nəfər öldürülüb", - jurnalist söyləyib.
Əlizadənin sözlərinə görə, bombardman edilən digər yerlərin hər birində də təxminən eyni sayda adam öldürülüb.
"Beləliklə, İranın yalnız bir siyasətçisini məhv etmək üçün 200, 300, 400 nəfər öldürülüb. Onlar isə bunu "ağıllı müharibə" adlandırırlar, - o bildirib.